
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycanı 63 kq çəki dərəcəsində kişilərin mübarizəsində təmsil edən Məhəmməd Məmmədov 1/8 final mərhələsində İndoneziya idmançısı İbrahim Zarmanla qarşılaşıb.
Gərgin keçən döyüş təmsilçimizin xeyrinə başa çatıb – 3:1.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Gununsesi.info









