Pərdə ilə oynayan 1 yaşlı uşaq faciəvi şəkildə öldü - GÖYÇAYDA

  • Müəllif: admin
  • 18 May 2017 15:12

815d558c70be2e7f4020bf410b7404df

Göyçay rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 2016-cı il təvəllüdlü Mahmudov Hüseyn Səbuhi oğlu yaşadığı evdə oynayarkən pəncərədəki pərdə ipi onun boğazına dolanıb.

Valideynlərin nəzarətindən kənar qalan uşaq boğulub. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info