
“Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinq zamanı bildirib ki, Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir. Başqa sözlə demək istəyib ki, “Rusiyada bu qədər təşkilatınız varkən nə yapışmısınız qeydiyyatı ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresindən?”
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti üçün həmin 260 (doğrudanmı Rusiya ərazisində azərbaycanlıların bu qədər təşkilatı var?) təşkilatdansa, Ümumrusiya Azərbaycanlıları Konqresi daha əhəmiyyətli idi və elə onu da bağladılar.
“Mariya Zaxarovanın digər fikri ilə tanış olaq: “Qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək”. Bu da üstüörtülü mesajdır, demək istəyib və ya Zaxarova vasitəsilə bizə demək istəyiblər ki, özünüzü yığışdırın, qeydiyyatın ləğvi qarşılığında Rusiyaya qarşı nəsə planlaşdırmayın!”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info










