“Koalisiya” hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirdi

  • Müəllif: admin
  • 18 May 2017 23:45

suriya-1

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada hökümətyönümlü qüvvələrin mövqelərinə zərbə endirib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, zərbə hökümətyönümlü silahlı dəstələrin ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrinə hücumunun qarşısını almaq məqsədilə endirilib.

İlkin məlumata görə, koalisiyanın zərbəsi xəbərdaredici xarakter daşıyır.

İnsident Suriya-İordaniya sərhədi yaxınlığında baş verib.

“Yol ilə hərəkət edən konvoy xəbərdarlıq cəhdlərinə məhəl qoymayaraq, koalisiya qüvvələrinin  At Tanfadakı mövqelərinə doğru irəliləyib” – deyə, amerikalı hərbi mənbə bildirib.

Gununsesi.info

 

Pentaqon nümayəndəsi zərbənin endirildiyini təsdiqləyib: “Müəyyən edilmiş deeskalasiya zonasında hərəkət həmin  dəstələr koalisiya qüvvələrinə təhlükə yaradıb”.