
Sabirabad rayon sakini 19 yaşlı Nərgiz Əsgərovanın 2 gün əvvəl dünyaya gətirdiyi qız uşağı dişlə doğulub.
Gununsesi.info-nun ARB TV-yə istinadən verdiyi məlumata görə, çəkisi 2 kq 500 qram olan körpənin ana bətnində diş çıxarmasının onun sağlamlığı üçün heç bir təhlükə törətmir.
Bu, xəstəxanada qeydə alınan birinci hadisə deyil. Bir neçə il əvvəl də iki yeni doğulan uşağın dişi olub.
Gununsesi.info











