25 yaşlı gənc bıçaqlandı

  • Müəllif: admin
  • 22 May 2017 23:59

intihar bicaq

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bizlan kəndində qeydə alınıb.

Basqal qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nağıyev Hacı Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, 1992-ci il təvəllüdlü Qədirov Elçin Əhməd oğlunu bıçaqlayıb.

Bədənin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Elçin Qədirov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat olunub.

Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hacı Nağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info