Mançesterdə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal olunur - FOTO - YENİLƏNİB -1

  • Müəllif: admin
  • 23 May 2017 07:30

mances-1

İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı partlayış törədilib.

Baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.

***

Mançesterdə stadionda partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

“Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.

İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

***

Terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.

Hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.

Gununsesi.info