Bakıda evakuator maşını qəzaya uğrayıb, XƏSARAT ALANLAR VAR

  • Müəllif: admin
  • 25 May 2017 12:37

08ccf7e6-cc1f-487c-aab1-79ff8a32949e_292

Bakıda evakuator maşını qəzaya uğrayıb.

Gununsesi.info “report”a istinadən məlumat verir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakini İbadulla Absəlimovun idarə etdiyi “Renault” markalı evakuator maşını Məlahət Məsimovanın idarə etdiyi “KİA” markalı avtomobillə toqquşub. Nəticədə M.Məsimovanın sərnişini Kəmalə Tatarova xəsarət alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info