
ABŞ prezidenti Donald Trampın Siciliyanın Taormina şəhərinə səfərinin şərəfinə dondurma hazırlanıb.
Gununsesi.info “The Telegraph”a istinadən xəbər verir ki, Tramp “Böyük yeddilər”in (G7) sammitində iştirak etmək üçün Siciliyanın Taormina şəhərinə gedib.
Trampın bu şəhərə gəlişinin şərəfinə hazırlanan Sicilya dondurması satışa buraxılıb. Trampın şərəfinə hazırlanan dondurma “The Trump Cup” adlanıb. Üç şarikdən hazırlanan dondurma qırmızı, göy və ağ rəngdən ibarətdir. Bu rənglər ABŞ bayrağının simvollarını simvolizə edir.
Dondurmada eyni zamanda, Trampın qızılı-sarı rəngdə hazırlanan fiquru hazırlanıb. Bu rəng onun saçlarının rəngini simvolizə edir.
Gununsesi.info









