
Ermənistan parlamentində ciddi ixtisarlara başlanılıb.
Gununsesi.info news.am-a istinadən xəbər verir ki, təkcə spikerin aparatında 22 köməkçi və müşavir ixrisara düşüb.
Bunu Ermənistan parlamentinin sədri Ara Babloyan parlament şurasının iclasında deyib. O qeyd edib ki, əgər toqqanın altını çəkib qənaət etmək istəyiriksə, bu məsələdə ilk növbədə rəhbərlər nümunə olmalıdır.
Artıq Ermənistan parlamenti iqtisadi-maliyyə çətinlikləri üzündən parlament komissiyasının sayını 12-dən 9-a endirib. Komissiyaların sayının azaldılmasına rəğmən, orada çalışan ekspertlərin sayının 11 nəfərə qaldırılması nəzərdə tutulur. Parlament sədri Ara Babloyan deyib ki, ekspertlərin sayının artırılması yox, maksimum dərəcədə ixtisar olunmalıdır: “Mən öz aparatımda artıq 22 köməkçi və müşaviri ixtisara salıb, 6-nı saxlamışam. Mən özüm bu məsələdə nümunə olmalıyam ki, digərindən də tələb etməyi bacarım”.
Gununsesi.info












