
Rusiyada dəhşətli yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın beş mərtəbəli binadakı mənzillərdən birində baş verib.
Belə ki, alovun getdikcə gücləndiyini görə 4 nəfərdən ibarət ailə çıxış yolunu balkondan aşağı tullanmaqda görüb.
Məhəllə sakinləri, hadisə yerinə gələrək, yanğının olduğu mənzilin aşağısında ədiyal tutublar. Nəticədə canlarını təhlükəyə atan ailə balkondan tullanaraq xilas ola biliblər.
Qeyd edək ki, balkondan ilk olaraq ana, sonra uşaq və ata tullanıb. Belə ki, balkondan aşağı atılan uşaqların arasında 11 aylıq körpə də olub.
https://www.youtube.com/watch?v=e8260gzfqE0
Anar
Gununsesi.info












