Bakıda və İmişlidə ev, Şamaxıda isə traktor yandı

  • Müəllif: admin
  • 31 May 2017 07:18

yanan-ev-yangin-yanqin-yangin

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, dünən axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

FHN-nin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2  olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Samux rayonunda isə vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 1,5 tonu yanıb. İkinci qoşqu və qoşquya yığılmış 3 ton ot bağlaması yanğından mühafizə olunub.

Gununsesi.info