
Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin iki hərbi obyektini dağıdıb.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.
Gununsesi.info











