Polis Bərdə sakininin evində marixuana və çətənə kolları aşkar etdi

  • Müəllif: admin
  • 01 İyun 2017 13:20

cetenek
Bərdə rayon sakininə məxsus həyətyanı sahədən marixuana və çətənə kolları götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Çələbilər kənd sakini Sahib Behbudova məxsus həyətyanı sahəyə baxış zamanı 2 kiloqram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilən 11 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info