Məktəblilərimiz Hindistanda medal qazanıb

  • Müəllif: admin
  • 01 İyun 2017 14:28

12

Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq fənn olimpiadası keçirilib.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, olimpiadada Azərbaycan, Türkiyə, Hindistan, Moldova, Rumıniya və digər ölkələr olmaqla ümumilikdə 11 ölkədən 276 şagird iştirak edib. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya fənləri üzrə biliklərini sınayıblar.

Azərbaycanlı məktəblilər olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdləri İbrahim Qasımlı gümüş, Ləman Məmmədli bürünc medal qazanıb.

Anar

Gununsesi.info