
Çinin Yulin şəhərində yaşayan bir nəfərdə H7N9 virusu aşkarlanıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Yulin Sağlamlıq və Ailə Planlaşdırma Bürosu məlumat yayıb.
Belə ki, quş qripi virusu aşkarlanan kişi quşçuluq fermasında çalışır. O, soyuqdəymə əlamətləri ilə xəstəxanaya aparılıb. Öskürək və yüksək qızdırması olan şəxsdə H7N9 virusu aşkarlanıb. Şəxsin yaxın təmasda olduğu insanlar da karantinə alınıb.
Qeyd edək ki, quşçuluq fermasında olan 20 mindən çox toyuq quş qripi şübhəsiylə məhv edilib.
Anar
Gununsesi.info











