
Texnologiya inkişaf etdikcə qeyri-adi tikililərin sayı da artır. Belə nümunələrdən biri də 2002-ci ildə inşa edilən Niderlandın bir hissəsi ilə Flevoland adasını birləşdirən bu körpüdür.
Uzun illər körpünün layihəsi üzərində müxtəlif müzakirələr keçirilib. Nəticədə 2002-ci ildə məşhur “Su körpüsü” layihəsi reallaşdırılıb. Bu körpünün əsas xüsusiyyəti ondan ibarətdir ki, o, həm sualtı, həm də yerüstü nəqliyyatın hərəkətini bərabər şəkildə təmin edə bilir. Layihədə piyadalar da unudulmayıb. Belə ki, mütəxəssislər onların rahat və təhlükəsiz hərəkəti üçün körpünün kənarlarında xüsusi səkilər nəzərdə tutublar.
Hazırda 3 metr dərinlikdə olan körpünün altdakı tunel hissəsindən gün ərzində 28 mindən çox avtomobil keçir. Qayıqlar isə eyni zamanda körpünün üstündəki sularda təhlükəsiz şəkildə hərəkət edə bilir.


Gununsesi.info











