Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • Müəllif: admin
  • 02 İyun 2017 12:33

qandal

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərdən birindən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nizami Məmmədov tutulub.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən mayın 31-də Talıb Rüstəmova məxsus “VAZ-2107” markalı avtomobildən 1500 manat pul oğurlamaqda şübhəli bilinən Digah qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mətləb Abbasov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanov tutulublar.

Anar

Gununsesi.info