Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

  • Müəllif: admin
  • 02 İyun 2017 12:38

bogulma

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 11:05-də başa çatıb.

Anar

Gununsesi.info