
Azərbaycanda yabanı halda bitən küllü miqdarda çətənə kolu məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən, ümumi çəkisi 878 kiloqram olan 2710 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Bundan başqa Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qarayeri və Yenikənd qəsəbələri ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 176 kiloqram olan 6090 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Anar
Gununsesi.info











