Alternativ qida istehsalına başlanılıb

  • Müəllif: admin
  • 05 İyun 2017 12:28

04

Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin icazəsiylə ölkə daxilində ev heyvanlarının təbii qidaya olan tələbatını qarşılamaq üçün alternativ qida istehsalına başlanılıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə də Türkiyənin kurort şəhəri olan Antalyada – böcək, un qurdu, çəyirtkə, cırcırama və hamam böcəyi kimi böcəklərini istehsal edən fabrik qurulub.
Belə ki, bu böcəklərə həm ölkə daxildə, həm də Avropa ölkələrində böyük tələbat var.

Qeyd edək ki, Türkiyədə “Pet-Shop” mağazalarında – quşçuluq, balıqçılıq, heyvandarlıq müəssisələrinə təbii qida yemi kimi çəyirtkənin dənəsi 38-56 TL-dən, un qurdunun kiloqramını 90 TL-dən, hamam böcəyinin dənəsi isə 4 TL-dən satılır.

Böcək fabrikinin sahibi, iş adamı Selami Gökgöl ev heyvanlarının təbii qidaya olan tələbatını qarşılamaq üçün qurduqları fabrikdə böcək istehsalının hər il artdığını söyləyib.

S.Gökgöl bildirib ki, böcəklərin istehsal baha başa gəlir: “Hazırda bazarda un qurdunun kiloqramı 90TL-dən satılır. Biz ölkənin daxili bazarda böcəyə tələbatı qarşılamağa çalışırıq. Son illərdə evdə hobbi olaraq heyvan bəsləyənlər də canlı yem kimi böcək almağa başlayıblar”.

Həftədə 5-10 kiloqram un qurdu satıldığını deyən Gökgöl vurğulayıb ki, bazarda ən çox tələbat kalsium və mineral baxımından zəngin olan çəyirtkəyədir: “Bundan başqa ildə ən az 1500 dənə hamam böcəyi satırıq. Bu ildən etibarən bir çox Avropa ölkələrinə – Almaniya, Fransa, Hollandiya, İsveçrə, İngiltərə daxil çəyirtkə ixrac edəcəyik”.

Anar

Gununsesi.info