
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın Noyva de Kordeyru şəhərinin sakinləri yalnız qadınlardan ibarətdir. Həmin qadınlar müxtəlif ölkələrdə yaşayan kişilərə onlarla həmişəlik yaşamaq üçün müraciət ediblər.
Şəhərdə yaşı 25-35 olan 600 qadın yaşayır. Onlar romantik münasibət qurmaq və nikaha daxil olmaq istəyirlər. Onlar ərə getmək haqda istəklərini “Facebook” sosial şəbəkəsində paylaşıblar.
Noyva de Kordeyru sakinləri yalnız subay kişilərlə maraqlanır. Bu şəhərin sakinləri arasında matriarxat sistemi hökm sürdüyü üçün kişilər onların şərtləri ilə razılaşmalıdırlar. Ailədə söz sahibi qadın olmalı və kommunal işləri o görməlidir. Qadınların mətbuata verdiyi məlumata görə, onlar artıq neçə illərdir ki, kişi ilə əlaqədə olmayıblar. Artıq sevmək və ərə getmək istəyirlər.



Gununsesi.info












