Qızlarını kişiyə çevirən müsəlman ölkəsi -MARAQLI FAKTLAR

  • Müəllif: admin
  • 06 İyun 2017 12:29

baca1

Əfqanıstan qadınlar üçün çox təhlükəli ölkə imiş. Belə ki, burada qız övladının doğulması ailələr üçün faciə deməkdir. Qızı olan kişilər lağ hədəfi olur, qadınlar öz həmcinsləri arasında ələ salınır. Hətta qızların özləri də böyüyüb ağıl kəsəndən sonra qız doğulduqlarına peşman olurlar. 

Lakin əfqan valideynlər bunun çıxış yolunu tapıblar. Onlar ailədəki qız övladlarından birini oğlan edirlər. Adını da “baça poş” (oğlana bənzər qız) qoyurlar. Qəribə səslənsə də, bu, ölkə əhalisi tərəfindən qəbul olunmuş bir addımdır. Çoxsaylı qız övladlarına sahib ailələr onlardan birini oğlan kimi böyüdür, ona oğlan adı verir, saçları qısa kəsir, oğlan paltarı geyindirir, atalarına çöl işlərində kömək etməyə məcbur edirlər. Əvəzində isə həmin qız oğlan kimi azadlıq qazanır. Ona oxumaq, işləmək hüququ verilir. Bu qızlar digər bacılarına nisbətən daha hörmət olunur. Bir şərtlə ki, qız mütləq oğlan olmağın haqqını versin. Yəni heç vaxt özünü qız kimi aparmasın, ağır işlərdən şikayətlənməsin. İnanclı əfqanlar belə hesab edirlər ki, qızlardan birinin oğlan kimi böyüməsi ananın mütləq tezliklə oğlan doğacağına işarədir.

Əsl problem isə bu cür qızların yetkinlik yaşına çatmasından sonra başlayır. Onların çoxu kişi kimi qadınlara meyil edirlər. Ərə getmir və nikahdankənar qadınla yaşayırlar. Lakin əksəriyyəti həddi-buluğa çatdıqdan sonra yenidən qadın göünüşünə qaytarılıb 18-20 yaşlarında qohuma ərə verilir. Çünki yad adamlar belə qızları özlərinə arvad etmək istəmirlər. “Baça-poşlar” yenidən qadınlaşsa da onların kişi xarakteri dəyişməz olaraq qalır: ailədə söz sahibi olurlar, yemək bişirə, ev işləri görə bilmirlər, qadın incəliyindən uzaq olurlar. Bəziləri isə azadlıqlarından istifadə edib başqa ölkələrə köçür, ya da öz ailəsində söz sahibi olurlar. Məsələn, Əfqanıstanın Milli Assambleyasının üzvü Əzizə Rafaat vaxtilə baça-poş olub, odur ki, indi kişilərin arasında rahat siyasətlə məşğul ola bilir.

 

Gununsesi.info