
Bakıda sərnişin avtobusları toqquşub, yaralananlar var.
Gununsesi.info xəbər verir ki, hadisə şahidlərinin”Report”a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.
Belə ki, 10-TE-168 qeydiyyat nömrə nişanlı, 98 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Gununsesi.info












