Şəhid- əfsanə generalın mühafizəçisi: "Mən də gələcəkdim səninlə babam, mən də gələcəkdim!"

  • Müəllif: admin
  • 06 İyun 2017 21:20
ayd-ozlu
Bir neçə gün öncə Türkiyədə helikopter qəzasında dünyasını dəyişən şəhid hərbçi-əfsanə general Aydoğan Aydınla bağlı daha bir maraqlı və gözləri yaşardacaq məqam üzə çıxıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, əfsanə komutan şəhid düşməzdən bir gün öncə Tokatdan olan həmyerlisi – iki aylıq qoruması( mühafizəçisi) astsubay Cavit Cihan Özlünü iznə buraxıb-birgünlük istirhətə göndərib.
Bu haqda isə Özlünün özü sosial şəbəkədəki hesabından etdiyi paylaşımında yazıb.

“Oğlum deyərdin mənə, ürəkdən oğlum deyərdin komutanım!

Mənə bir şey olarsa, “Niksar”a gedə bilməzsin kestanə” deyərdin. Qoruma Astsubayın yapdın, mənə  ən böyük  qüruru bağışladın. “Bundan sonra bərabərik oğlum, mən haraya, sən də oraya” dedin. Hər yerə “hadi oğlum gidəlim” deyərkən, dünən nə oldu da “Qəhrəman Cavit, sən makama sahib çıx. Dünən axşam növbətçiydin, yoruldun, dinlən oğlum'”dedin.

Əlini öpdüm, yolçu etdim səni. Mən də gələcəkdim səninlə babam, mən də gələcəkdim! Qıymadın mənə, bilirəm qıymadın”-deyə, o, yazıb.

Kamil HƏMZƏOĞLU
Gununsesi.info