
Qiymətli zinət əşyaları bütün qadınların, hətta bəzi kişilərin də zəif ən nöqtəsidir. Bahalı daş-qaşlar insanların əlinə müxtəlif yollarla keçir – bəziləri satın alınır, bəziləri isə hədiyyə verilir. Yolda gedərkən təsadüfən dəyərli zinət əşyaları tapan “şanslı” insanlar da az deyil. Amma bəzi mütəxəssislər belə hesab edir ki, qiymətli zinət əşyaları sahibinə dərd və müsibətlər gətirə bilər.
Gununsesi.info oxucularını öz sahibinin həyatına mənfi təsir göstərə bilən zinət əşyaları ilə tanış edir.
Tapılmış bəzək əşyaları
Bu cür ləl-cəvahiratları “lotereya” da adlandırmaq olar. Onlar həm uğur, həm də əksinə bədbəxtlik gətirə bilər. Hər şey onların əvvəlki sahibinin karmasından asılıdır. Amma istənilən halda başqasının malından xeyir gözləmək ağılsızlıq olardı. Təsadüf nəticəsində tapılan dini rəmzlər xüsusilə diqqətəlayiqdir. Belə bəzək əşyaları ümumiyyətlə uğur gətirmir. Onları tapan adam həmin əşyadan mümkün qədər tez yaxa qurtarmalıdır. Dini rəmzlərin qızıl, gümüş və ya brilyant olmasının fərqi yoxdur. Bəzilərinin fikrincə, belə tapıntılar insanları mənfi hadisələrə sürükləyir .
Oğurlanmış zinət əşyaları
Qiymətli zinət əşyaları onu oğurlayan insana fayda gətirə bilməz. Hələ qədim zamanlardan bununla bağlı inanclar mövcuddur. Məsələn, bahalı zinət əşyasının sahibi ağır xəstəlikdən əziyyət çəkirsə, onları oğurlayan insan da eyni bəlaya düçar ola bilər.
Lombarddan alınmış qızıl-zinət əşyaları
Əvvəla, qeyd etmək lazımdır ki, heç kəs öz var-dövlətini lombarda kefindən aparıb vermir. Bir qayda olaraq bu, hansısa faciəli hadisədən, yaxud müəyyən ehtiyaclardan sonra baş verir. Lombarda qoyulan bəzək əşyaları sahiblərindən keçən mənfi enerjiyə malik olur. Buna görə də belə müəssisələrdən alınmış əşyalara ehtiyatla yanaşmaq lazımdır.
Pis niyyətli insanların bağışladığı bəzək əşyaları
Qiymətli zinət əşyalarını bəzən qida ilə müqayisə edirlər. Məsələn, bəzi inanclara görə pis əhval-ruhiyyə ilə yemək hazırlamaq ürəkbulanma, qusma, ishal və mədə-bağırsaq sistemi pozğunluğu yaradır. Bəd niyyətli adamların hədiyyə etdiyi zinət əşyaları da uğursuzluq səbəbi ola bilər, çünki hədiyyə verənlər qarşı tərəfin ünvanına eyni zamanda mənfi enerji də göndərir. Bu isə hədiyyə sahiblərinin həyatını kökündən dəyişə bilər. Lakin təəssüf ki, yaxşılığa tərəf deyil.
Süni daşları olan bəzək əşyaları
Dəyəri çox aşağı olan və çoxlu sayda sayda zərgərlik məmulatlarını bəzəyən süni daşlar nə qədər gözəl olsa da dərd və bəlalar gətirirmiş. Məsələ ondadır ki, təbii daşlar uzun zaman kəsiyində torpaqda qalır və torpaq onları güclü təbii enerji ilə neytrallaşdırır. Bu səbəbdən də təbii daşlar öz enerjisini sahibi ilə bölüşmək imkanına malikdir. Süni daşların isə bölüşməyə heç nəyi yoxdur. Onlar təbii daşların əksinə olaraq, öz sahibinin həyat enerjisini özünə tərəf çəkməyə başlayacaq. Ümumiyyətlə, mütəxəssislər süni daşlarla işlənmiş bəzək əşyalarını uzun müddət taxmağı məsləhət görmür. Üstəlik onlardan talisman və rəzmlər hazırlamaq doğru deyil.
Ailədən miras qalan zinət əşyaları
Artıq qızıl-zinət əşyalarını bir neçə əsr nəsildən-nəslə ötürmək ənənə halını alıb. Deyilənlərə görə, ailədən miras qalan zinət əşyaları bir qayda olaraq uğur gətirir və bir növ ailənin qoruyucu elementi rolunu oynayır. Bu cür əşyaların satılması yolverilməzdir. İnanclara əsasən, bununla insan öz uğur, bəxt və sağlamlığını da itirmiş olur. Bundan başqa, qədim inanclarda miras əşyalarını satan insan bununla özünə, eyni zamanda sonrakı nəsilə ciddi ziyan vurduğu ilə bağlı fikirlər də irəli sürülür.
Gununsesi.info












