Daha bir ölkə Qətərə arxa çevirdi

  • Müəllif: admin
  • 08 İyun 2017 16:18

1496924770-0873

Afrika ölkəsi olan Çad da diplomatik böhran fonunda Qətərdəki səfirini geri çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters ölkənin xarici işlər nazirliyinə istinadən məlumat yayıb. Çad böhranın həlli üçün bu məsələdə maraqlı olan bütün ölkələri dialoqa, həmçinin Qətəri öz məsuliyyətlərinə əməl etməyə və region ölkələrinin birliyinə, dünyadakı sülhə təhdid yaradacaq gedişlərə son qoymağa çağırıb.

Qeyd edək ki, iyunun 5-də Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti, Maldiv və Mavriki respublikası Qətərlə bütün diplomatik əlaqələrinə son qoyduqlarını elan etmişdilər.

Daha sonra onların cərgəsində Mavritaniya və Komor adaları qoşulmuşdu, İordaniya və Seneqal isə səfirini geri çağırmışdı.