
Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub, daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub, həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Anar
Gununsesi.info









