Gununsesi.info-nun məlumatına görə, kişinin həyat yoldaşının vəkili Asif Abdullayev aznews.az-a bildirib ki, hadisə Bakıda baş verib:

“Kişinin boşadığı arvadından iki övladı var. Onların özləri də bir ailədir. Əslində bu cütlük məhkəməsiz də boşana bilər. Çünkü övladları artıq uşaq sayılmır. Hüquqların müdafiə etdiyim qadının övladlarını dindirməmişəm. Kişinin arvadını boşama səbəbi məlum deyil. Bildiyim budur ki, kişinin arvadına qarşı münasibəti dəyişib. O, son illər arvadına qarşı aqressiv olub, müəyyən mühit yaranıb. Arvadın isə ağlına gəlməzdi ki, nə vaxtsa kişi onu boşayar? Bu yaşda məhkəməyə müraciət edə?”

Vəkil qeyd edib ki, tərəflər arasında boşanma qərarı ilk olaraq kişi verib: “Qadın isə istəmir ki, boşanma rəsmi qaydada olsun. Amma qarşı tərəf təkid edir ki, boşanmalıyıq. Boşanacaqlar, artıq münasibətlər pik həddədir”.

Asif Abdullayev hazırda qadının həyat yoldaşı ilə yaşadığı evdə deyil, başqa bir mənzildə yaşadığını deyir: “Bir neçə gündür ki, ordan çıxıb”.

Gununsesi.info