Ata 12 yaşlı qızını zorladı - TƏFƏRRÜAT

  • Müəllif: admin
  • 12 İyun 2017 13:42

12 yasli usagi zorladi

Türkiyədə qorxunc hadisənin üstü açılıb. 

Gununsesi.info-nun istipress-ə istinadən verdiyi məlumata görə, 12 yaşlı uşaq ana olub.

Hadisə İstanbulda baş verib. Evli və 2 uşaq atası 5 il birlikdə yaşadığı 30 yaşlı qadından ayrılıb. O, ayrılığa səbəb kimi həyat yoldaşının ilk evliliyindən olan qızını görüb. Kişi anası ilə barışmaq üçün uşaqdan istifadə etmək qərarına gəlib. 34 yaşlı kişi qızı “anan barədə danışmaq istəyirəm” deyərərk meşəlik əraziyə aparıb. Burada o, azyaşlıya təcavüz edib. Uşaq bir anlıq fürsətdən istifadə edərək onun maşınından düşərək qaçıb.

Bir müddət sonra qızının qarnının şişdiyini görən anası onu həkimə aparıb və dəhşətli hadisənin üstü açılıb. Özü uşaq olan qızın 33 həftəlik hamilə olduğu üzə çıxıb. Bir müddət sonra isə o qız uşağı dünyaya gətirib.

Qadın dərhal polisə müraciət edib. DNT analizləri uşağın atasının onun bir müddət öncə ayrıldığı kişi olduğunu təsdiqləyib. Hakim qarşısına çıxan kişinin dedikləri hər kəsi şoka salıb. O, baş verən hadisənin qızın istəyi ilə gerçəkləşdiyini iddia edib.

Məhkəmənin qərarı ilə uşağa təcavüz edən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun davranışları, məhkumluğunun olmaması nəzərə alınaraq cəza müddəti 15 ilə endirilib.

Gununsesi.info