“Avropa İttifaqı ilə əməkdaşlıq bizim üçün vacib məsələlərdən biridir” - ELMAR MƏMMƏDYAROV

  • Müəllif: admin
  • 12 İyun 2017 14:34

elmar_memmedyarov_056

“Avropa İttifaqı ilə əməkdaşlıq bizim üçün vacib məsələlərdən biridir”.

Gununsesi.info-nun verdiyi məlumata görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Bakıda eston həmkarı Sven Mikserlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində doğru yoldadır.

Nazirin sözlərinə görə, bu həftə Aİ-nin qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Han Azərbaycana gəlir və o, “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycanın hazırlığını nəzərdən keçirəcək, öz fikirlərini bölüşəcək.

Gununsesi.info