Azərbaycanda məktəb binası belə alovlandı – VİDEO

  • Müəllif: admin
  • 12 İyun 2017 19:53

35b6b37cf301744ab95f81f57d67d4c9

 

Bu gün Tovuz rayonunun Ağdam kəndində orta məktəb binası yanıb. Lent.az xəbər verir ki, sosial şəbəkələrdə hadisəni əks etdirən görüntülər yayılıb. Həmin videonu təqdim edirik.

 

*****

 

Fövqəladə Hallar Nazirliyi Tovuz rayonunun Ağdam kəndində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 250 m2  olan birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 170 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

https://www.youtube.com/watch?v=ofYJ_bdDjz8

Gununsesi.info