14 yaşlı yeniyetməni yük maşını vurdu –  Biləsuvarda

  • Müəllif: admin
  • 14 İyun 2017 21:59

avtoqeza

 

Biləsuvar rayonunda 14 yaşlı piyadanı avtomobil vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 2003-cü il təvəllüdlü Zaur Zabil oğlu Məmmədli keçmək istəyərkən onu “Ford” markalı yük avtomobili vurub. Yaralı dərhal yaxınları tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info