
İyunun 15-də Yəməndə İranın dəstək verdiyi usyançı husilər Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid gəmiyə hücum ediblər.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan Koalisiya Qüvvələri Komandanlığı məlumat yayıb.
Belə ki, husilərdən geri alınan strateji əhəmiyyətə malik “Əl-Muha” Limanında növbə çəkən Birləşmiş Ərəb Əmirliklərinə məxsus gəmi qurudan üsyançıların hücumuna məruz qalıb.
Məlumatlarda bildirilib ki, hücum zamanı gəmiyə ziyan dəyməyib, ancaq gəmidə olan heyət üzvülərindən biri yaralanıb.
Xatırladaq ki, iyunun 14-də Yəmənin Taiz əyalətində husilərlə birlikdə döyüşən Yəmən Hərbi Dəniz Donanması “Mokha” Limanı yaxınlığında Səudiyyə Ərəbistanına aid hərbi gəmini məhv edib.
Anar
Gununsesi.info












