Putin sanksiyalar nəticəsində dəyən ziyanın miqdarını açıqladı - RUSİYA 52 MİLYARD DOLLAR İTİRİB

  • Müəllif: admin
  • 15 İyun 2017 14:04

putin1

Putin sanksiyalar nəticəsində Rusiyaya dəyən ziyanın miqdarını açıqlayıb. Rusiya sanksiyalar nəticəsində 50-52 milyard dollar itirib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin birbaşa efirdə rusiyalılarla  görüşdə deyib.

Onun sözlərinə görə, əgər Rusiya sanksiya nəticəsində 52 milyard dollar itiribsə, sanksiya tətbiq edən ölkələr 100 milyard dollar itirib.

Putin onu da deyib ki, əgər Qərb sanksiyaları ləğv edərsə, Rusiya da anoloji addım atacaq: “Əks təqdirdə Ümümdünya Ticarət Təşkilatında problemlərlə üzləşə bilərik”.

Bununla belə Putin deyib ki, sanksiyaların Rusiyaya xeyri də dəyib: “Belə ki, sanksiyaların tətbiqi nəticəsində Rusiya özünü ət və ət məhsulları, quş əti ilə tam təmin edib. Hazırda bu məhsulları ixrac etmək üçün xarici bazar axtarışındadır”.

O əlavə edib ki, sanksiyalar nəticəsində Rusiyanın radioelektronika, aviatikinti, raket, əczaçılıq və digər sahələrdə inkişaf var: “Hazırda ağır maşınqayırma sahəsində də yaxşı nəticələr əldə etmək üçün işlər gedir. Kənd təsərrüfatı sahəsində isə ciddi inkişaf əldə olunub. Artıq Rusiya taxıl ixracatı sahəsində dünyada birinci yerdədir”.

Putin bildirib ki, onsuz da Rusiya tarixən sanksiyalar altında yaşayıb: “Biz hər zaman Rusiya timsalında bunu hiss etmişik və bizə qarşı hansısa məhdudiyyətlər qoyulub”.

Gununsesi.info