Bazara tək getdiyi üçün başı kəsildi

  • Müəllif: admin
  • 15 İyun 2017 16:38

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı qadın təkbaşına bazara getdiyi üçün qətlə yetirilib. Qatillər isə artıq həbs edilib.

Faciə Əfqanıstanın şimalındakı Sare Pul bölgəsindəki Latti kəndində yaşanıb.

Vilayətin qubernatoru Zəbullah Əmaninin dediyinə görə, qadının əri hazırda İrandadır:

“Qadının əri fəhlədir və İranda tikintidə işləyir. 30 yaşlı qadın da “ərindən icazəsiz bazara getmək”də suçlanaraq qətlə yetirilib. Bu qadın ailəsini əvvəlcədən xəbərdar etməməkdə və kişi qohumlarından icazə almamaqda “suçlanıb”. Qətldə şübhəli bilinən iki şəxsi tutulub”.

Onun sözlərinə görə, qadının başını AK-47 avtomatının süngüsü ilə kəsiblər.

 

Gununsesi.info