Türkiyənin Şimali Kiprdə keçirdiyi hərbi təlimlər İsrailə mesajdır.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.
Girnədəki Hilarion bölgəsində keçirilən təlimlərin İsrail ali hərbi dairələrində narahatlıq yaratdığı bildirilib. Lakin məsələ ilə bağlı İsrail Müdafiə Nazirliyi açıqlama yaymayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin generalı Yılmaz Yıldırım bu təlimlərin məqsədinin Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyətinin hərbi imkanlarını yoxlamaq olduğunu deyib.
Gununsesi.info











