İtin sədaqəti - HEYVAN “DOSTU”NDAN ÖTRÜ 20 DƏQİQƏ ƏZİYYƏT ÇƏKİB - VİDEO

  • Müəllif: admin
  • 16 İyun 2017 11:23

itin sedaqeti

Heyvanların yoldaşlıqda, dostluqda sədaqəti haqqında çox yazılıb və deyilib. Heyvanların istər insanlarla, istərsə də öz həmcinsləri ilə etdiyi dostluq nəticəsində qarşı tərəfin üzləşdiyi çətin anlarda etdiyi fədəkarlıq hər zaman insanları təəccübləndirib və heyrətə gətirib. Bununla bağlı yetərincə misallar, faktlar sadalamaq olar. Xüsusən də at və itin dostluğu…

Belə hallara bu günümüzdə rastlaşanda və yaxud oxuyanda insanın daxilində istər-istəməz bit təlatüm yaranır. Xüsusən də insani dəyərlərin yoxa çıxdığı, insanlığın, dostluğun, yoldaşlığın bayağılaşdığı, dar gündə insanın bir-birinə dayaq durmaq əvəzinə, ona badalaq gəldiyi bir zamanda belə hallar adamı çox təsirləndirir.

Gununsesi.info olaraq indi itin sədaqəti haqqında növbəti bir faktı dilə gətirəcəyik.

Belə ki, Çinin Nantyun şəhərində küçə itləri yolu keçərkən birini maşın vurur. Digər it öz “dostu”na can vermək, onu ayağa qaldırmaq və yoldan kənara çəkmək üçün nə az, nə çox düz 20 dəqiqə əziyyət çəkir.

İndi hənən hadisənin videosunu təqdim edirik:

Gununsesi.info