Gədəbəy sakinindən 2 ədəd ov tüfəngi götürülüb

  • Müəllif: admin
  • 16 İyun 2017 12:15

turac-ov-tufengleri

Gədəbəy rayonunun Mor-mor kəndində yaşayan şəxsdən müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mor-mor kəndində yaşayan Şəmşəd Qurbanovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 31 ədəd patron və 18 ədəd giliz aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info