
ABŞ Senatının 98:2 səslə Rusiya əleyhinə geniş sankisyalar paketini təsdiqləməsi Prezident Donald Trampın Moskva əleyhinə cəza tədbirlərini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər.
Gununsesi.info-nun amerikaninsesi.org-a istinadən xəbərinə görə, “bizim itirməyə vaxtımız yoxdur” – deyə, Arizona ştatından Respublikaçı Senator Con Makkeyn bildirib.
“ABŞ Rusiya prezidenti Vladimir Putinə və istənilən başqa aqressora güclü mesaj göndərməlidir ki, biz demokratiyamıza edilən hücumlara dözməyəcəyik.”
Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz.
“Biz seçkilərimizə bu cür müdaxiləyə icazə verməməliyik”. Bunu isə Demokrat Senator Jeanne Şahin bildirib.
İrana tətbiq edilən sankisya paketinə düzəliş olaraq yeni dəyşikliklər Rusiyanın kiber casus təsisatları, enerji sektoru, maliyyə maraqları və Moskvadan Suriyaya silah axınını hədəf alır.
“Siyahısı genişlənən sankisyalar enerji layihələrinə və xarici maliyyə təsisatlarına tətbiq edilə bilər”.
Bunu da Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Ben Kardin bildirib.
“Bu ölçülər Konqresin Ağ Evin Rusiya ilə bağlı siyasətindəki mövqeyini gücləndirir, Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz”-deyə, Kardin sonra bildirib.
Tramp adminisrasiyası deyilənlərə görə, Obama administrasiyası dönəmində Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytarmağı nəzərdən keçirir.
Prezident Tramp dəfələrlə Rusiyanın kiber fəaliyyətlərini qabartmayaraq, Moskva ilə daha yaxşı münasibətlərə can atdığını ifadə edib.
Gununsesi.info












