
2200 manat pul oğurlamaqda şübhəli bilinən, habelə Rusiya Federasiyası CM-nin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Lənkəran rayon sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki moda evlərindən birindən 2200 manat pul oğurlamaqda şübhəli bilinən, habelə Rusiya Federasiyası CM-nin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Lənkəran rayon sakini Hacıağa Əbilov tutulub.
Anar
Gununsesi.info









