
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonu, İmamverdili kəndi ərazisində “VAZ” markalı minik avtomobilinin “Mercedes” markalı minik avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlunun cəsədini çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 07:45-də başa çatıb.
Anar
Gununsesi.info












