
Bu gün səhər saatlarında Ermənistanın Qeqarkun əyalətində avtobus qəzaya düşüb.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, avtobus müdafiə naziriliyinə məxsus olub.
Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arçrun Ovanisyan bildirib ki, avtobusda olan hərbçilər müqavilə əsasında xidmət edən hərbçilər olub.
Qəza nəticəsində 12 hərbçi yaralanıb və onlar qospitala yerləşdirilib. Yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır. Ağır yaralı hərbçilər qısa zamanda İrəvana göndəriləcək.
Gununsesi.info











