Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

  • Müəllif: admin
  • 28 İyun 2017 14:50

avropa

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.

Gununsesi.info xəbər verir ki, yeni qərara əsasən sanksiyaların müddəti daha 6 ay – 2018-ci il yanvarın 31-dək uzadılıb.

Hazırkı sanksiya müddəti iyul ayının 31-dək uzadılmışdı.

Qeyd edək ki, Aİ 2014-cü ildə Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya iqtisadi sanksiyalar tətbiq etmişdi.

Gununsesi.info