
“ABŞ Avropada hərbi mövcudluğunu genişləndirib”.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
O bildirib ki, hazırda ABŞ-ın Avropada iki deyil, üç briqadası var.
“Birləşmiş Ştatların Avropada hərbi mövcudluğunu artırması Vaşinqtonun alyans üzvlərinə yardım etmək prinsiplərinə sadiqliyini göstərir”, – deyə Y. Stoltenberq vurğulayıb.
Gununsesi.info












