ABŞ 6 müsəlman ölkəsinə viza vermə qaydasını sərtləşdirib

  • Müəllif: admin
  • 29 İyun 2017 12:42

amerika

ABŞ prezidenti Donald Trampın administrasiyası 6 müsəlman ölkəsinə vizaların verilməsi ilə bağlı yeni qaydalar tətbiq edib.

Gununsesi.info The Associated Press-ə istinadən xəbər verir ki, bu ölkələr İran, Suriya, Yəmən, Somali, Sudan və Liviyadır.

Yeni qaydalara əsasən, bu ölkələrdən ABŞ-a viza almaq istəyən şəxs ABŞ-la hər hansı formada işgüzar əlaqəsinin olması və yaxud qohumunun olub-olmaması barədə məlumatı təsdiq etməlidir. ABŞ-a viza almaq istəyən şəxslərin bu ölkədə mütləq yaxın qohumu – valideynləri, xanımı, uşaqları, qardaşı və yaxud da bacısı yaşamalıdır.

Yeni qaydalar bütün qaçqınlara şamil olunacaq. Bununla belə, yeni qaydalar əvvəl verilən vizalara şamil edilməyəcək və o, vizalar ləğv olunmayacaq. Artıq yeni qaydalar ABŞ-ın xarici ölkələrdəki səfirliklərinə və konsulluqlarına göndərilib.

İyunun 26-da isə ABŞ Ali Məhkəməsi ölkə prezidenti Donald Trampın  bir sıra xarici ölkə vətəndaşlarının ölkəyə girişi ilə bağlı qadağasını təsdiqləyib.

Gununsesi.info