Ucarda 10 yaşlı uşağın asılmış halda meyiti tapılıb

  • Müəllif: admin
  • 30 İyun 2017 11:20

intihar

Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alpı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.

Gununsesi.info

 

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.