
Xəbər verdiyimiz kimi, müğənni Rihanna ərəb milyarderin oğlu Həsən Cəmillə sevgilidir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, nişanlanmağa hazırlaşan cütlük haqda yeni xəbərlər yayılıb.
Belə ki, Cəmilin ötən ilə kimi 47 yaşlı model Naomi Kempbellə sevgili olması bildirilir. 29 yaşlı Rihannanın da ərəb şeyxi ilə ötən ildən görüşməyə başladığı, sadəcə bunu gizli saxladığı vurğulanır.
Qeyd edək ki, əvvəllər rəfiqə olan Naomi ilə Rihanna ötən ildən küsülüdür. Rəfiqələr bir-birini sosial şəbəkə üzərindən izləmədən də çıxarıb.
Qeyd edək ki, Cəmil “Toyota” şirkətinin Səudiyə Ərəbistanındakı nümayəndəliyinin sahibidir. Onun özünün təkcə 1,5 milyard dollar varidatı var.
Gununsesi.info











