Abşeronda seksual manyak saxlanılıb

  • Müəllif: admin
  • 03 İyul 2017 11:12

hebs

Abşeron rayonunda müxtəlif vaxtlarda dörd azyaşlı qız uşağına qarşı seksual xarakterli hərəkət edən manyak saxlanılıb.

Gununsesi.info “Report”a istinadən məlumat verir ki, rayonun Xırdalan şəhərində polis əməkdaşları Hökməli qəsəbə sakini 38 yaşlı İbrahim Buqurovu tutub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, İ.Buqurov zərərçəkən azyaşlıların valideynlərinin şikayəti əsasında saxlanılıb.

Gununsesi.info