
İyulun 11-də saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş vermiş yanğın söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yanğının qarşısı gecə saatlarında alınıb. Güclü külək nəticəsində yanğın 3 hektar ərazini əhatə edib.
Yanğının daha geniş əraziyə yayılmasının qarşısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən alınıb.
Gununsesi.info












